Hadisə
Azərbaycan çempionu bıçaqlandı
Taekvondo üzrə Azərbaycan çempionu İsmayılov Səbuhi Cəfər oğlu bıçaqlanıb.
Hadisə ötən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü S.İsmayılov "Mehdiabad dairəsi" kimi tanınan ərazidə tanışı ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Bu zaman həmin şəxs S.İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Yaralının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.
Qeyd edək ki, S.İsmayılov "Fateh" klubunun üzvüdür. O, Taekvondo üzrə XXlll Respublika çempionatında 63 kiloqram çəki dərəcəsində birinci yerin qalibi olub. (report)
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı