Tovuzda bir qrup gənc xəstəxanaya hücum etdi
Bizi izləyin

Hadisə

Tovuzda bir qrup gənc xəstəxanaya hücum etdi

Tovuzda bir qrup şəxs mərkəzi xəstəxanaya hücüm edib.

Publika.az "Report"-a istinadən xəbər verir ki, bir neçə gənc tərəfindən xəstəxanaya Aşağı Quşçu kəndində keçirilən toy mərasimində boyun nahiyəsindən bıçaq xəsarət almış yaralı gətirilib.

O, Aşağı Quşçu kəndi sakini, 1990-cı il təvəllüdlü İsmayılov Aydın Hüseyn oğludur. Yaralını xəstəxanaya gətirən gənclərlə tibb işçiləri arasında mübahisə yaranıb. Həmin şəxslər tibb işçilərinə hədə-qorxu gələrək, onlara xəsarət yetirməyə çalışıblar.

Əraziyə polis əməkdaşları çağırılıb. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm