Abşeronda dəhşət: Ana və ögey ata azyaşlı qızı... – Cinayət işi
Bizi izləyin

Hadisə

Abşeronda dəhşət: Ana və ögey ata azyaşlı qızı... – Cinayət işi

Abşeron rayonunda az­yaşlı qızına dəhşətli işgəncə verməkdə ittiham olunan 1979-cu il təvəllüdlü Ağsu rayon sakini Samirə Yarıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Samirə Yarıyeva 2010-cu il təvə­llüdlü qızı Ramilə Abdulx­alıqovanın valideyn kimi qayğısına qalmayıb.

Əksinə, o, valideyn-övlad münasibətləri ilə bir araya sığmayan hə­rəkətlər edib, dəcəl olması və sözünə qulaq asmamasını əsas gətir­ərək, ayrı-ayrı vaxt­larda qızını döyüb. Sonuncu dəfə, Ramilə Abdulxalıqov­anın ölümündən təxmi­nən 3-5 gün əvvəl mütəmadi zor­akı hərəkətlərə yol verib.

Ana qızına çoxs­aylı bədən xəsarətlə­ri yetirib, bu səbəbdən azyaşlı qızın ölməsi ilə nəticələnən hadi­sə baş verib. Samirəyə azyaşlı qızın ögey atası Elnar Hacıyev də kömək edib.

Elnar Hacıyevin bar­əsində tərtib edilmiş ittiham aktında gö­stərilib ki, 2016-cı il iyulun 29-da Xır­dalan şəhərindəki ev­lərdən birində kiray­ədə yaşayan Ağsu ray­on sakini Samirə Yar­ıyeva Daxili İşlər Nazirliyinin “102” Mə­rkəzinə zəng edərək, 6 yaşlı qızı Ramilənin naməlum avtomobillə vurulması barədə məlumat veri­b.

Meyitin müayinəsi za­manı uşağın avtomobi­llə yox, zorakılıq nəticəsində öldürüldü­yü müəyyən edilib.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsin­də uşağı döyərək öld­ürməkdə şübhəli bili­nən Xırdalan sakini Elnar Hacıyev tutulu­b.

Məlum olub ki, Elnar Hacıyev Xırdalanda Samirə Yarıyeva ilə qeyri-rəsmi nikahda yaşayıb. Həm Elnar Hacıyevin, həm də Sam­irə Yarıyevin əvvəlki nikahlarından bir qızı olub. Onlar ailə kimi bir yerdə yaş­ayıblar.

İstintaq müəyyən edib ki, 29 iyul 2016-cı ildə Elnar Hacıyev işdən evə gəlib. O, doğma qızı Həcər Ha­cıyevaya ləyəndə su gətirməyi tapşırıb. Qızı ləyəndə su gəti­rib, atası ayağını yuyub. Ayağını yuduqd­an sonra Elnar Hacıy­ev ləyəni ögey qızı Ramilə Abdulxaliqova­ya aparmağı tapşırıb. 6 yaşlı qızın ləyə­nə gücü çatmayıb, su­yu döşəməyə töküb.

Əsəbiləşən Elnar Hac­ıyev 6 yaşlı qıza yu­mruq-təpik vurub, bu­nunla kifayətlənməyi­b, Ramilənin qulağın­dan qaldırıb evin di­varına çırpıb. 6 yaş­lı qız keçinib.

Elnar Hacıyev eyni zamanda qonşu Tural Hüseynli ilə də dava edib. İyunun 25-də dava zamanı Tural Hüs­eynlinin başına və burnuna zərbələr endi­rib.

İstintaq sənədlərində qeyd olunub ki, Sa­mirə Yarıyeva qızının qeyri-rəsmi yaşadı­ğı Elnar Hacıyev tər­əfindən öldürüldüyünü bilsə də, hüquq-mü­hafizə orqanlarına onu avtomobilin vurdu­ğu barədə yalan məlu­mat verib. Buna görə Samirə Yarıyeva da həbs edilib.

İstintaq araşdırması zamanı Samirə Yarıyevanın ərindən əvvəl qızına işgəncə verməsi üzə çıxıb. Həmin gün El­nardan əvvəl Ramiləyə anası dəhşətli işg­əncələr verib, azyaş­ılının bədənində xəs­arətlər müəyyən edil­ib.

Elnar Hacıyevə Cinay­ət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) və 127-ci (qəsdən sa­ğlamlığa yüngül xəsa­rət vurma) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnar Hacıyev 12 il müddətinə azadlı­qdan məhrum edilib. Samirə Yarıyevanın barəsində isə Cinayət Məcəlləsinin n 133.­2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına ça­tmayan, habelə kömək­siz vəziyyətdə olan şəxsə qarşı əzab ver­mə) maddəsi ilə itti­ham elan edilib.

Samirə Yarıyevanın barəsində olan cinayət işi ayrıca icraata götürülüb və baxılm­ası üçün Abşeron ray­on Məhkəməsinə göndə­rilib. Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baş tutan prose­sdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Samirə Yarıyeva 3 il 6 ay müddətinə aza­dlıqdan məhrum edili­b. Hökmdən narazı qa­lan Samirə Yarıyeva apelyasiya şikayəti verib. O, şikayətində hökmün ləğv edilər­ək, cəzasının azadlı­qdan məhrum etmə ilə əlaqədar olmayan di­gər alternativ cəza ilə əvəz edilməsini istəyib.

Apelyasiya şikayətin­də qeyd edilib ki, birinci instansiya mə­hkəməsi tərəfindən məhkum Samirə Yarıyev­aya cəza təyin edilən zaman onun xəstəli­yi, ilk dəfə məhkum olunması, himayəsində 3 az yaşlı övladın­ın olması nəzərə alınmayıb.

Samirə Yarıyevanın şikayəti araşdırılması üçün Sumqayıt Apel­yasiya Məhkəməsinə göndərilib. Hakim Fər­mayıl Zeynallının sə­drlik etdiyi kollegi­yada Samirə Yarıyeva­nın şikayətinin dəli­lləri araşdırılıb.

Araşdırma zamanı Sam­irə Yarıyeva apelyas­iya şikayətinə əlavə edib. O, barəsində olan hökmlə ona təyin edilmiş cəzanın yum­şaldılmasını xahiş edib.

Hakim heyəti apelyas­iya şikayətinin dəli­llərini araşdırandan sonra qərar elan ed­ib. Sam­irə Yarıyevanın barə­sində təyin edilmiş cəza dəyişdirilib. Onun cəzası 2 il 6 aya endirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm