Hadisə
Bakıda itkin düşən 19 yaşlı ərəb turist tapıldı - (YENİLƏNDİ)
Daxili İşlər Nazirliyi Bakıda itkin düşmüş ərəb turistlə bağlı məlumat yayıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, martın 27-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edən ölkəmizə tusist kimi gəlmiş, paytaxt ərazisindəki otellərin birində yaşayan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan qadın 19 yaşlı oğlu, daun sindromlu Sultan Abdulla Mohamedin həmin gün səhər saatlarında oteldən çıxaraq itkin düşdüyünü bildirib.
Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Sultan Abdulla Mohamed Səbail rayonu ərazisində tapılaraq anasına təhvil verilib.
***
Bakıda itkin düşən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan turist tapılıb.
Bu barədə BƏƏ-nin Bakıdakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, martın 27-də saat 05:20 radələrində itkin düşən daun sindromlu 17 yaşlı turist Sultan Abdullah Alqaseer gecə saat 00.00 radələrində “Tarqovı” ərazisində tapılaraq ailəsinə təhvil verilib. (apa)
***
Birləşmiş Ərəb Əmirliklərindən olan turist Bakıda itkin düşüb.
Bu barədə səfirlikdən məlumat verilib.
Bildirilir ki, martın 27-də saat 05: 20 radələrində daun sindromlu 17 yaşlı turist Sultan Abdullah Alqaseer paytaxta yerləşən Winter park otelindən çıxıb və bir daha geri qayıtmayıb. Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi onun görənlərdən səfirliyə müraciət etmələrini və ya 051 660 65 55 nömrəli telefona zəng etmələrini xahiş edir. (apa)
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom