İsmayıllıda itkin düşən məktəbli tapıldı - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

İsmayıllıda itkin düşən məktəbli tapıldı - FOTO - (YENİLƏNDİ)

Bilal Nağıyev bu gün səhər saatlarında tapılıb.

Bu sözləri Teleqraf.com-a İsmayıllı rayon polis şöbəsindən bildiriblər.

Məlumata görə, 2000-ci il təvəllüdlü Bilal Nağıyev qohumlarında gecələyib: “Dünən ailəsindən, valideynlərindən xəbərsiz qohumu evinə gedibmiş. Bu gün səhər qayıdıb. Heç bir problem yoxdur”.

***

İsmayıllıda 18 yaşlı gənc itkin düşüb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə 2000-ci il təvəllüdlü Bilal Nağıyev martın 27-i səhər saatlarında rayonun İsmayıllı kəndində yaşadıqları evdən məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıb. Valideynləri uşağın günorta saatlarında naməlum istiqamətə getdiyi üçün geri qayıtmadığını görüb və bir sutka ərzində onun axtarıblar.

Övladını tapa bilməyən valideynlər bu gün İsmayıllı rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər. Bilal Nağıyev itkin kimi qeydiyyata alınıb, onun axtarışına başlanılıb. Məlumata görə, Bilal Nağıyev evdən məktəbə getsə də, çantasını, kitablarını, şəxsiyyət vəsiqəsini özü ilə aparmayıb.

Bilal Nağıyevin əlamətləri :

Boyu 180 sm, arıq bədən quruluşlu , xüsusi əlamət kimi sifətinin sağ tərəfində çapıq var. O, evdən çıxarkən əynində qırmızı rəngli jaket, göy rəngli qolsuz gödəkçə, qara rəngdə cins şalvar olub.

Həmin şəxsi görənlərdən İsmayıllı Rayon Polis Şöbəsinə, eləcə də 020-28-5-11-89, 055 268 07 67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm