Bakıda yaşayış binasındakı yanğın xəbəri YALAN ÇIXDI - RƏSMİ - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda yaşayış binasındakı yanğın xəbəri YALAN ÇIXDI - RƏSMİ - FOTO (YENİLƏNDİ)

Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 10 ünvanında yanğın olması barədə məlumat yayılıb.

Publika.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Fövqəladə Hallar Nazirliyinə qeyd olunan ünvanda yanğın olması barədə müraciət daxil olmayıb.

***

Yeni Yasamal 2 yaşayış massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində yanğın baş verib. Küləyin təsiri ilə yanğın güclənib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Yanğının səbəbi hələki məlum deyil. Əlavə məlumat veriləcəkdir.​

Hadisə yerindən fotoları təqdim edirik:(bizimyol.info)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm