Boşanan bacısını öldürüb zirzəmidə basdırdı: 7 il sonra üstü açıldı - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Boşanan bacısını öldürüb zirzəmidə basdırdı: 7 il sonra üstü açıldı - (YENİLƏNDİ)

Goranboyda 2011-ci ildə törədilən qətl hadisəsinin üstü açılıb.

7 il əvvəl qətlə yetirilən, rayonun İrəvalı kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəxşəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.

Araşdırma zamanı məlum olub ki, R. Hüseynova 2011-ci ildə qardaşı - 1985-ci il təvəllüdlü Aydın Hüseynov tərəfindən boğularaq öldürülüb. Daha sonra isə meyit evin zirzəmisində basdırılıb. Qətli törədən A. Hüseynov saxlanılıb.

Məlumata görə, R. Hüseynova ailəli olub. 2008-ci ildə boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının yüngül həyat tərzi keçirdiyi və dəfələrlə xarici ölkələrə getdiyi bildirilir. Qohumları qadını qardaşlarından soruşanda onun Türkiyədə yaşadığı deyilib. Qardaşları dəfələrlə ona həyat tərzinə qarşı iradlar bildirsələr də, qadın deyilənlərə məhəl qoymayıb. Nəticədə 2011-ci ildə qardaşı A. Hüseynov onu boğaraq qətlə yetirib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. (apa)

***

Goranboyda qardaşı tərəfindən qətlə yetirilərək basdırılan qadının adı məlum olub.

Publika.az "Report"a istinadən xəbər verir ki, bu, rayonun İrəvanlı kənd sakini, Rəşxəndə Çingiz qızı Hüseynovadır.

Qətlə yetirilən qadının iki qardaşı və iki bacısının olduğu deyilir.

Qadın qətlə yetirildikdən sonra yaşadığı evin zirzəmisində basdırılıb.

R.Hüseynovanın iki qardaşı - 1985-ci il təvəllüdlü Aydın Hüseynov və 1988-ci il təvəllüdlü Aqil Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Qətlin namus üstündə törədildiyi ehtimal edilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən istintaq tədbirləri davam etdirilir.

***

Goranboy rayon sakini bacısını qətlə yetirib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə İravanlı kəndi ərazisində baş verib.

Belə ki, yerli sakinlər kəndin ərazisində basdırılmış qadın meyiti aşkar ediblər və dərhal polisə məlumat verilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşaları cəlb edilib. Hazırda qadının meyitinin basdırıldığı yerdən çıxarılması işləri aparılır.

İlkin məlumata görə, qadın bir müddət əvvəl qardaşı tərəfindən qətlə yetirilərək basdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm