Bakıda yol qəzası - Xəsarət alanlar var - YENİLƏNDİ - - FOTO
Bizi izləyin

Hadisə

Bakıda yol qəzası - Xəsarət alanlar var - YENİLƏNDİ - - FOTO

Bakı Metropoliteninin "Koroğlu" stansiyasından Hava limanı istiqamətində avtomagistralda (Sabunçu körpüsünə çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə aeroport şossesinin Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Mərkəzdən Sabunçu körpüsü istiqamətində hərəkətdə olan 90-OV-204 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü qəza xəbərdarlıq işığını yandıraraq, avtomaşını yol kənarında saxlayıb. Arxa istiqamətdə yüksək sürətlə hərəkətdə olan 99-GT-169 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil "Niva"ya çırpılıb.

Digər "Opel" markalı avtomaşını isə hər iki nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "Niva"da olan iki nəfər ağır xəsarət alıb. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

***

Bakı Metropoliteninin "Koroğlu" stansiyasından Hava limanı istiqamətində avtomagistralda (Sabunçu körpüsünə çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

O, qeyd edib ki, hazırda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm