Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanıldı
Bizi izləyin

Hadisə

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 97 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 34 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm