2 kq heroini 11 min manata satarkən yaxalandı
Bizi izləyin

Hadisə

2 kq heroini 11 min manata satarkən yaxalandı

2 kiloqramdan artıq heroini 11000 manata satmaq istəyən şəxs polislər tərəfindən saxlanılıb

Daxili İşlər Nazirliyindən (Din) Publika.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib. Səbail Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinə, əvvəllər də məhkum olunmuş Ağdam rayon sakini Ramil İsmayılovun külli miqdarda narkotik maddə olan heroin satmaq istəməsi barədə məlumat daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs 2 kiloqram 200 qram heroini 11000 manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

R.İsmayılov ifadəsində heroini Biləsuvar rayonunda tanımadığı İran vətəndaşından aldığını və satmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm