Bakı sakininə qarşı 60 min manatlıq dələduzluq
Bizi izləyin

Hadisə

Bakı sakininə qarşı 60 min manatlıq dələduzluq

Bakıda dələduzluq yolu ilə 60000 manat ələ keçirən şəxs polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinə müraciət edən vətəndaş Anar Səfərov Cahid adlı şəxsin ona yalan vəd verərək depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirərək 60000 manat pulunu ələ keçirdiyini bildirib. Zərərçəkən həmin şəxsə 2017-ci ilin aprel ayında Bakıxanov qəsəbəsində həmin işin görülməsi müqabilində pul verəndən sonra isə Cahid verdiyi vədə əməl etməyək onu aldadıb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs - Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Cahid İsayev saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd edilən faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Cahid İsayevin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm