Bakıda güclü küləyin təsirindən avtomobil ağaca çırpıldı - FOTO
Bizi izləyin

Hadisə

Bakıda güclü küləyin təsirindən avtomobil ağaca çırpıldı - FOTO

Bakının Yasamal rayonunda güclü küləyin təsiri nəticəsində sürücü idarəetməni itirərək maşını ağaca çırpıb.

"Report"un xəbərinə görə, Tbilisi prospekti ilə hərəkətdə olan "Mitsubishi" markalı avtomobilin sürücüsü güclü külək zamanı sükan arxasında idarəetməni itirib.

Nəticədə avtomobil ağaca çırpılıb. Ağac kökündən qırılaraq sərnişin dayanacağının qarşısına aşıb. Sürücü xəsarət almasa da, avtomobilə ziyan dəyib.

Faktla bağlı yol polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm