Hadisə
Lənkəranda ağır yol qəzası: 6 nəfər öldü - ADLAR (YENİLƏNDİ)

Lənkəranda 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, rayonun Gərmətük kəndi ərazisində qeydə alınan qəza zamanı 99-BJ-224 dövlət nömrə nişanlı "Shacman" markalı yük avtomobili ilə 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik maşını toqquşub. Nəticədə üçü qadın və üçü kişi olmaqla 6 nəfər Ləj kənd sakinləri ölüb. Bir azyaşlı oğlan və yük maşınının sürücüsü isə xəsarət alıb.
Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar minik maşınının sərnişinlərdir. Yaralılar və ölən şəxslərin meyitləri FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.
Yük maşınının sürücüsü, Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Təvəkkül oğlu Cəfərov və 7 yaşlı Ülvi Faiq oğlu Aslanov yaralanıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Lənkəran rayonunun Gərmətük kəndi ərazisində "KaMAZ" markalı yük maşını ilə "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər xəsarət alıb.
Ölənlər minik maşınında olan şəxslərdir.
Xəsarət alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda meyitlərin maşından çıxarılması üçün xilasedicilər tərəfindən tədbirlər görülür.
Ölənlərdən üçünün qadın olduğu bildirilir. Məlumata görə, xəsarət alan azyaşlıdır.
***
Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.
Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük kəndi ərazisində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilir. Hazırda onların kimliyi araşdırılır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

-
Hadisə09:10
12 otaqlı ev yandı - Tüstüdən zəhərlənən var
-
İKT07:35
"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər
-
ABŞ02:19
Tramp İrana vaxt verdi: Maksimum bu qədər gözləyə bilərəm!
-
Yaxın Şərq02:10
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu - VİDEO
-
Magazin202:05
Nihal Candan vəfat etdi
-
ABŞ02:00
ABŞ-ın 2 hərbi nəqliyyat təyyarəsi İranla sərhədə göndərildi
-
Qoroskop00:55
Günün ulduz falı: Emosional yaxınlıq istəyi artır...
-
Region20 İyun 22:38
İranda güclü zəlzələ oldu