Hadisə
Rusiyada daha bir "oliqarx əməliyyatı" və milyarderin həbsi: Leyla Məmmədzadə də saxlanıldı - FOTO
Rusiya daha bir oliqarx-milyarderin həbsi ilə çalxalanır. Hüquq-mühafizə orqanları gözlənilmədən ölkənin nəhəng holdinqlərindən biri olan çoxprofilli "Summa" şirkətlər qrupunun sahibi, dağıstanlı milyarder Ziyavuddin (yaxud qısaca Ziya) Maqomedovu, qardaşı Maqomedi və holdinqin digər səlahiyyətli şəxslərini həbs edib.
Ziya Maqomedov
Ötən gün həyata keçirilən bu həbslər zamanı tutulanlar
mənimsəmələrdə, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda və
milyardlarla rubl büdcə pullarını talamaqda ittiham edilirlər.
Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, Maqomedov qardaşları və onların holdinqlərinin vəzifəli şəxslərinin Rusiyanın 25 regionunda aparılan irimiqyaslı istintaq tədbirlərinin nəticəsində həbs edildiyi açıqlanıb. Hazırda iş üzrə 9 şübhəli şəxs var. Ziya Maqomedova qarşı irəli sürülən əsas ittiham Kalininqrad vilayətində futbol üzrə 2018-ci il Dünya Çempionatı üçün tikilən "Baltik Arena" stadionunun tikintisində yol verilən yüz milyonlarla rubl mənimsəmələrlə bağlıdır. Bu stadionun tikintisində baş podratçı azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun "Crocus Group" şirkətidir.
Ziya Maqomedov və Leyla Məmmədzadə
Maqomed Maqomedov
Habelə Maqomedovların Novorossiysk ticarət limanının
tikintisində də mənimsəmələrə yol verdiyi bildirilir.
"The Bell" nəşrinin yazdığına görə Maqomedov qardaşları ilə
birlikdə "Summa" şirkətlər qrupunun baş direktoru Leyla Məmmədzadə
də saxlanılıb. 42 yaşlı Leyla Rafaelovna Kantoroviç-Məmmədzadə
azərbaycanlıdır. Bildirilir ki, o Bakıda anadan olub ABŞ-da maliyyə
işi və neft işi üzrə magistr təhsili alıb. ABŞ, Böyük Britaniya və
Niderlandda yaşayıb. İnvestisiyaların idarə edilməsi, risklərin
analizi üzrə ixtisaslaşıb, ABŞ-ın "Halliburton" şirkətində
strategiyaların hazırlanmasına məsul olub, Britaniya-Hollandiya
neft-qaz nəhəngi "Royal Dutch Shell"də həmin sahəyə rəhbərlik edib.
51 yaşlı Ziyavuddin Maqomedov "Forbes"in milyarderlər siyahısında
53-cüdür. O, milliyətcə avardır, Dağıstanın Xunzaxsk rayonunun
Şotoda kəndində anadan olub.
Keçmiş senatordur, 2002-2009-cu illərdə Federasiya Şurasının üzvü olub. Onun sahibi olduğu "Summa" şirkətlər qrupu diversifikasiya olunmuş holdinqdir, liman logistikası, mühəndislik xidmətləri, telekommunikasiya, neft-qaz və digər sektorlarda çoxsaylı aktivlərə malikdir. Rusiyanın ən qaranlıq şirkətlərindən biri hesab edilir. Azərbaycan neftinin də nəql edildiyi Novorossiysk ticarət limanı da Ziya Maqomedova məxsusdur. Ziya Maqomedovun həbsi ən son məqamda həyata keçirilib. O, şəxsi təyyarəsi ilə ailəsi ilə birlikdə ABŞ-ın Mayami şəhərinə uçmaq istəyərkən tutulub.
Biznesmen Mayamiyə "əməliyyat olunmaq üçün getmək istədiyini"
deyib.
Vəkilləri onun istintaq dövründə azadlığa buraxılması üçün 2.5
milyard rubl girov təklif edib, lakin məhkəmə girovu qəbul etməyib
və oliqarxın barəsində həbs qətimkan tədbiri seçilib. Bildirilir
ki, həbslər başlayanda Maqomedov qardaşlarının menecerlərindən
ikisi, o cümlədən "GlobalElectroServise" və "Transinjinirinq"
şirkətlərinin baş direktoru Eldar Naqapov Dubaya qaçmağa imkan
tapıb. "The Bell" nəşri Ziya Maqomedovun baş nazir Dmitri
Medvedyevə yaxın oliqarx olduğunu yazır. Medvedyev ona yüksək
dövlət mükafatları verib. Bəzi məlumatlara görə Medvedyevin xanımı
"Summa" holdinqinin səhmlərinin 20 faizinə sahibdir.
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO