Gəncədə 24 yaşlı oğlan bıçaqlandı – Təfərrüat
Bizi izləyin

Hadisə

Gəncədə 24 yaşlı oğlan bıçaqlandı – Təfərrüat

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində 24 yaşlıMuzamil Əkbərov naməlum şəxslə mübahisə edib.

Mübahisə zamanı Muzamil Əkbərov həmin şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, oan tibbi yardım göstərilib.

Məlumata görə, Muzamil Əkbərov qəsəbə ərazisində tanımadığı şəxslə qız üstündə mübahisə edib. Onların arasında mübahisə həmin şəxsin Muzamil Əkbərovun yaşadığı qəsəbədə olan qızlardan birinin arxasınca düşməsi olub.

Hadisə baş verən günü Muzamil Əkbərov həmin şəxsin qarşısı kəsib və bir daha qəsəbəyə gəlməməsini tələb edib. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı həmin şəxs Muzamil Əkbərova xəsarət yetirərək, hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm