Bir avtomobildən, iki evdən oğurluq edildi - Saatlıda
Bizi izləyin

Hadisə

Bir avtomobildən, iki evdən oğurluq edildi - Saatlıda

Saatlı rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Publika.az xəbər verir ki, Saatlı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Niyaz Əliyev saxlanılıb.

Niyaz Əliyev cari ilin yanvar-mart ayları ərzində rayon ərazisində 1 avtomobildən akkumulyator, 2 həyətyanı sahədən ev quşu oğurlamaqda şübhəli bilinib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm