Qubada iki maşın toqquşdu - Ata və azyaşlı oğlu...
Bizi izləyin

Hadisə

Qubada iki maşın toqquşdu - Ata və azyaşlı oğlu...

Dünən axşam saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun Qubanın Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Shacman" markalı yük maşını ilə minik maşını toqquşub. Qəza nəticəsində minik maşınında olan ata və azyaşlı oğlu xəsarət alıb. 1989-cu il təvəllüdlü Xalid Məmmədov və onun 3 yaşlı oğlu ilkin tibbi yardımdan sonra Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm