350 min manatlıq dərman vasitələri yandırıldı - FOTO
Bizi izləyin

Hadisə

350 min manatlıq dərman vasitələri yandırıldı - FOTO

Rusiya, Türkiyə və Avropa ölkələrindən gətirilən saxta dərman vasitələri bu gün təhlükəli tullantılar ekoloji poliqonda yandırılaraq məhv edilib.

Publika.az-ın xəbərinə görə, Baş Gömrük İdarəsinin inspektoru Rövşən İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, yandırılan dərmanların ümumi dəyəri 350 min manatdan çoxdur:" Bakı Baş Gömrük İdarəsi tərəfindən, 2017-ci il ərzində “ Referans pharmaceuticals” , “Radez” , “Loğman farm” , “Si Medical”, “Zeytun pharmaceuticals”, “Qırxbulaq” , “Eco-B Tam Xarici İnvestisiyalı”, “ Trokas pharma” və s. firmaları tərəfindən müxtəlif vaxtlarda gətirilən 6024975.73 rubl, 15339 evro, 92233.60 dollar və 448 türk lirəsi dəyərində dərman vasitələri normativ sənədlərə uyğun olmadığı və qablaşdırılmalarında uyğunsuzluqlar olduğuna görə müsadirə edilərək, ekolojı poliqonda məhv edilib".

Rövşən İsmayılov qeyd edib ki, gömrük orqanlarının fəaliyyət istiqamətlərindən biri də ölkəyə idxal edilən ərzaq məhsullarının və dərman preparatlarının keyfiyyətinə nəzarət etməkdən ibarətdir: "Hazırda bu istiqamətdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi, ölkəyə idxal olunan və Azərbaycan Respublikasında qeydiyyatda alınmamış, keyfiyyət baxımından normativlərə cavab verməyən bəzi dərman prearatlarının və bioloji aktiv maddələrin topdan satışına qadağa qoyulub. Bakı Baş Gömrük İdarəsi tərəfindən keyfiyyətsiz və standartlara cavab verməyən preparatların ölkəyə idxal olunmasının qarşısının alınması məqsədilə gömrük nəzarəti daha da gücləndirilib".

Məhv edilən dərmanlardan - “Life international” MMC-nin Litva mənşəli Eyfarion №30 3420 ədəd 3420 avro, “Qırxbulaq” MMC-nin Rusiya mənşəli Karipazim 350 PE 6684 ədəd 20052 rubl, “Radez” MMC-nin Rusiya mənşəli Kamforma yağı 30 ml 13920 ədəd 109550.40 rubl və Trisol 200 ml 420 ədəd 9744 rubl, “Amex” MMC-nin Portuqaliya mənşəli Bertocil göz damcısı 1200 ədəd 1260 avro, “Trokas Pharma” MMC-nin Türkiyə mənşəli Drastop 200mg/2 ml №10 800 ədəd 9184 ABŞ dolları, “Stomdent” MMC-nin Rusiya mənşəli Endasept 30 ədəd 1767 rubl, “East-Vest Azərbaycan” MMC-nin Koreya mənşəli Unicenta 7 qutu 60 ABŞ dolları,“ Loğman farm” MMC-nin Rusiya mənşəli Biprol 5mq №30 100 ədəd 47 avro, “BVS” MMC-nin Türkiyə mənşəli Categel 50 ədəd 36.50 ABŞ dolları dəyərindədilər".

Baş Gömrük İdarəsinin inspektoru Rövşən İsmayılov qeyd edib ki, ekoloji poliqonda məhv edilən dərmanların adları 100-ə yaxındır.

Qeyd edək ki, Gürcüstan mənşəli Calsium 500 mg №100 9915 ədəd 54036.75 ABŞ dolları, Glucose 40% 4 ml №10 12660 ədəd 6330 ABŞ dolları, Lidocaine 2 % 2ml №10 4600 ədəd 1380 ABŞ dolları, Venofer ampul №5 1010 ədəd 15655 ABŞ dolları, Ferrosanol sirop 150 ml- 520 ədəd 1258.40 ABŞ dolları, Amiodaron №10 1808 ədəd 3423.80 ABŞ dolları, Phoqam UF plus 300 mg 150 ədəd 6750 ABŞ dolları, Rusiya mənşəli, Ranitidin 150 mg №20 12000 ədəd 1800 ABŞ dolları, Verapamil 0.25 % 2ml №10 20 ədəd 639.60 rubl, Ukrayna mənşəli Analgin 2 ml №10 19900 ədəd 13731 ABŞ dolları, Türkiyə mənşəli Drastop 200mg 2 ml №10 160 qutu 1836.80 ABŞ dolları, Gelofusine 500 ml 40 mg 8000 ədəd 23060 ABŞ dolları dəyərindədirlər.

FOTO Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm