Gürcüstandan gətirilən avtomobilin ban nömrəsinin saxtalaşdırıldığı bəlli oldu
Bizi izləyin

Hadisə

Gürcüstandan gətirilən avtomobilin ban nömrəsinin saxtalaşdırıldığı bəlli oldu

Gömrükçülər nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığını müəyyənləşdirib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gətirilən, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi, 2015-ci ildə istehsal olunan “Lexus ES250” markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib. Müvafiq qaydada yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm