FHN "Gilavar" sanatoriyasındakı yanğınla bağlı MƏLUMAT YAYDI - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

FHN "Gilavar" sanatoriyasındakı yanğınla bağlı MƏLUMAT YAYDI - (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyi "Gilavar" sanatoriyasındakı yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasının ərazisində (hazırda fəaliyyət göstərmir) məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb.\

Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanğın söndürülüb.

***

Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Gilavar sanatoriyasında baş verən yanğında 7 nəfər zəhərlənib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, 7 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib: "Zərərçəkənlər tüstüdən zəhərlənib. 7 nəfərdən 2-si azyaşlıdir. Yanğın lokal xarakterli olduğundan ciddi xəsarət alanlar olmayıb. Xəstələrin vəziyyəti yaxşıdır. İlkin yardımdan sonra evlərinə buraxılacaqlar".

Respublika Kliniki Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun Publika.az-a verdiyi məlumata görə, xəstələrin vəziyyəti stabildir: "Uşaqların vəziyyəti böyüklərə nisbətən daha yaxşıdır. Heç bir ciddi xəsarət yoxdur. Yüngül tüstü zəhərlənməsidir. Böyüklərin vəziyyəti də qənaətbəxş hesab olunur. Həkimlər tərəfindən zəhərlənməyə qarşı ilkin tədbirlər görüldükdən sonra xəstələr evə buraxılacaq".

***

Bakıda sanatoriya binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada baş verib.

Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm