Beyləqanda qadını evində öldürən şəxs tutuldu - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Beyləqanda qadını evində öldürən şəxs tutuldu - (YENİLƏNDİ)

Aprelin 3-də Beyləqan şəhərində üzərində zorakılıq əlamətləri ilə meyiti aşkarlanan Ramilə Əsədovanı öldürən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

***

Beyləqanda mənzildən meyit aşkarlanıb.

APA-nın xəbərinə görə, Beyləqan şəhər Nizami küçəsi ev №7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının uzun müddət evdən çıxmamasına narahat olan qonşular DİN-in 102 “qaynar xətti”nə məlumat verib. Daxil olmuş məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları R.Əsədovanı yaşadığı mənzilə daxil olaraq, qadını orada ölmüş vəziyyətdə aşkarlayıb.

R.Əsədovanın qətlə yetirildiyi ehtimal olunur.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm