Qazaxda avtobus minik avtomobili ilə toqquşdu: 1 ölü, 12 yaralı - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Qazaxda avtobus minik avtomobili ilə toqquşdu: 1 ölü, 12 yaralı - FOTO - (YENİLƏNDİ)

FHN Qazaxda ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Publika.az FHN-ə istinadənxəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində "Mercedes" markalı sərnişin avtobusu və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Minik avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlunun meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtobusun sürücüsü və 12 nəfər sərnişin müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya aparılıb.

Əməliyyat başa çatıb.

***

Qazaxda avtobus və minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.

Qəza Bakı-Qazax-Tbilisi magistral yolunun, Qazax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Sərnişin daşıyan avtobusun “Mercedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində Qazax rayon sakini, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlu ölüb. 1959-cu il təvəllüdlü Allazova Aybəniz Mahmud qızı isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Daha 4 nəfər Qazax Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Müayinə zamanı sərnişinlərin ciddi xəsarət almadıqları məlum olub və onlar evə buraxılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm