Sumqayıtda 39 yaşlı qadından kişilərə qarşı ŞOK ƏMƏL: görüşür, sonra... - İNANILMAZ TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Sumqayıtda 39 yaşlı qadından kişilərə qarşı ŞOK ƏMƏL: görüşür, sonra... - İNANILMAZ TƏFƏRRÜAT

“Advocacy Center” MMC-nin direktoru vəzifəsində işləmiş 1979-cu il təvəllüdlü Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Nüşabə Baxışova 2008-ci ildə külli miqdarda dələduzluq etdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. Həmin il Sumqayıt Apelyasiya Məhkəməsinin qərarına görə, barəsində təyin edilmiş hökm dəyişdirilib, məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

2012-ci ildə Nüşabə Baxışova Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, məhkumluğunun üzərindən götürülməsini istəyib. Məhkəmənin 17 avqust 2012-ci il tarixli qərarı ilə məhkumluğu üzərindən götürülüb.

Məhkumluğu üzərindən götürülən Nüşabə Baxışova yenidən “Advocacy Center” MMC-nin direktoru vəzifəsində işləməyə başlayıb.

4 aya düzələn təqaüd

Nüşabə Baxışova Sumqayıt şəhər sakini Roza İbrahimovaya özünü vəkil kimi təqdim edib. Onun “Kimya” zavodunda işləmiş, xəstə olan əri İsfahan İbrahimovun pensiya almasına köməklik göstərəcəyi barədə vəd verib.

Nüşabə Baxışova Roza İbrahimovanın ərinin vaxtından əvvəl 54 yaşından pensiyaya çıxarılmalı olduğunu bildirib, məhkəmələrdə olan əlaqələrindən istifadə edərək 4 ay ərzində İsfahan İbrahimovun pensiya alması və əvvəlki illərdən qalmış pulların da ödənilməsi barədə məhkəmə qətnaməsi çıxartdıracağına söz verib.

Roza İbrahimovanı aldadan Nüşabə Baxışova 2013-cü ilin yayında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, “Arzu” şadlıq sarayında yerləşən “Advocacy Center” MMC-nin ofisində 3500 manat alıb.

Avropa Məhkəməsinə müraciət

Bundan başqa o, Eynulla Əliyevə “Azərenerji” ASC tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində verilmiş 3 otaqlı mənzili zəbt edən məcburi köçkünlərin mənzildən çıxarılması məsələsinin həll edilməsinə köməklik göstərəcəyini bildirib. O, Eynulla Əliyevin arvadı Səmayə Əliyevaya həmin problemi qısa müddətə həll edəcəyi, bununla bağlı Avropa Məhkəməsinə müraciət edəcəyi, uzun müddət həmin mənzildən məhrum olmağa görə əlavə kompensasiya ödətdirəcəyi barədə yalan vədlər verib. Bu məqsədlə Səmayə Əliyevanın 2300 manatını ələ keçirib.

Daha sonra həmin ilin oktyabrında Kərimulla Hümmətov ona müraciət edib və Abşeron rayon Saray qəsəbəsində oğlu üçün aldığı 0,5 ha torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsini istəyib.

Nüşabə Baxışova Əmlak Məsələləri üzrə Dövlət Komitəsində olan əlaqələrindən istifadə edərək bir ay müddətində həmin torpaq sahəsini sənədləşdirəcəyini vəd verib və oktyabrın 10-da Kərimulla Hümmətovdan 3000 manat alıb.

Mənzil davası

Növbəti dəfə Sumqayıt şəhər sakini Sona Quliyeva işlədiyi zavoddan mənzil almasına köməklik göstərməsi üçün Nüşabə Baxışovaya müraciət edib. O, Sona Quliyevaya özünü vəkil kimi təqdim edərək fəaliyyət göstərməyən “Sumqayıt Boru Prokat” zavodunda ev tikintisi aparılmadığından bu məsələnin məhkəmə və digər qaydada həll edilməsinin mümkünsüz olduğunu bildiyi halda, zavoda yaşayış sahəsinə ehtiyacı olan qismində alındığı uçotunu bərpa edib və ona mənzil verilməsini məhkəmə qaydasında həll edəcəyinə söz verib.

Bu işi görmək adı ilə Nüşabə Baxışova zərərçəkmişdən ayrı-ayrı vaxtlarda pul alıb. O, bu işdən ümumilikdə 4500 manat məbləğində pul mənimsəyib.

Nüşabə Baxışovanın növbəti dələduzluğu ilə Simnarə Yarmətova üzləşib. 2013-cü ilin dekabrında ona müraciət edən Sumnarə Yarmətova oğlu Bəxtiyar və gəlini Gülnarəni qanunla müəyyən edilmiş qaydada yaşadığı evdən qeydiyyatdan çıxarılmasına köməklik göstərməsini istəyib.

Vəkilin rüsumu

Nüşabə Baxışova qadına bu məsələni 3 ay ərzində məhkəmə qaydasında həll edəcəyinə söz verib və aldatmaq yolu ilə ondan ilkin olaraq vəkil kimi işdə iştirak etməsinə görə rüsum adı ilə 300 manat alıb.

Sonradan Nüşabə Baxışova Simnarə Yarmətovaya oğlu və gəlininin ata yurdundan payları olduğunu deyib və onların hesabına 10000 manat ödənilməli olduğunu bildirib. Bu ödənişi etmək üçün Nüşabə Baxışova hissə-hissə olmaqla Simnarə Yarmətovadan 10000 manat alıb.

4 nəfər necə tapıldı?

Bundan başqa, Nüşabə Baxışova 5-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış sahəsinin atasının adına sənədləşdirilməsinə köməklik göstərməsi üçün ona müraciət edən Murad Abbasova əlaqələrindən istifadə edib, qeyri-yaşayış sahəsinin özəlləşdirmə şəhadətnaməsində adları olan 4 nəfər şəxsi taparaq, onlardan etibarnamə alıb, həmin şəxslərin adlarını şəhadətnamədən çıxarıb və sahəni Muradın atasının adına sənədləşdirməyə vəd verib.

Bu məqsədlə o, 2014-cü ilin əvvəlinə kimi həmin sənədi Murad Abbasova təqdim edəcəyinə dair yalan vəd verib və ondan 4000 manat alıb.

Nüşabə Baxışovanın növbəti dələduzluğu ilə üzləşənlərdən biri də Natiq Hüseynov olub. Natiq Hüseynov arvadı Afaqla qaynı Babəkin arasında Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən, ev 19/68 saylı, 3 otaqlı mənzillə bağlı yaranmış mübahisəsini və bacısı Sevil Hüseynovanın ölümünə səbəb olmuş dərman satışı ilə məşğul olan firmaların onlara vurduğu 12000 manat dəyərində olan ziyanın ödənilməsinə köməklik göstərməsindən ötrü Nüşabə Baxışovaya müraciət edib.

Bir ailənin davası

Nüşabə Baxışova Natiq Hüseynova özünü vəkil kimi təqdim edərək ailə üzvləri arasında olan əmlakın bərabər bölünməli olduğunu bildiyi halda, mənzillə bağlı yaranmış mübahisəsini məhkəmədə olan əlaqələrindən istifadə etməklə, məhkəmə qaydasında arvadının xeyrinə həll edərək qaynının həmin mənzildən çıxarılmasına vəd verib.

Bundan başqa, o, Natiq Hüseynova vurduqları ziyana görə firmaların 12000 manat deyil, 20000 manat cərimə ödəmələri barədə məhkəmə qərarı alacağına dair yalan vədlər verib. Bu işləri görmək məqsədilə Natiq Hüseynovdan 5300 manat alıb.

Vəkil, yoxsa jurnalist?

Nüşabə Baxışova növbəti dələduzluq etdiyi Abubəkir Məhərrəmova özünü vəkil kimi və “Dünya” TV-nin əməkdaşı kimi təqdim edib. Onunla bir evdə yaşayan, əsəb xəstəliyindən əziyyət çəkən oğlu Etibar Məhərrəmovun və gəlininin yaşadığı mənzildən çıxarılaraq, özəlləşdirməklə satıb ayrı mənzil almasına köməklik göstərəcəyinə vəd verib. Bunun üçün Abubəkir Məhərrəmovdan 2030 manat alaraq dələduzluq edib.

Nüşabə Baxışovanın dələduzluq etdiyi növbəti şəxs Fatimə Hüseynova olub. Fatimə Hüseynova ərini əvvəlki arvadından xilas etmək məqsədilə ona müraciət edib. O, Fatimənin ərinin əvvəlki arvadı ilə aralarında olan aliment və mənzil davası ilə bağlı mübahisənin məhkəmədə onların xeyrinə həll edəcəyimə vəd verib. Bunun üçün Fatimə Hüseynovadan 570 manat alıb.

Nüşabə Baxışova Fatimə Hüseynovaya qarşı başqa bir dələduzluq da edib. Onun əri Mübariz Vəliyevi neft şirkətinin işçisi kimi əlillik pensiyasına çıxaracağına və ərinin adına əlil kimi dövlət hesabına mənzil verdirəcəyinə dair vəd verib. Bu işi görmək üçün Fatimə Hüseynovadan 10 min manat alıb.

Üzümçülükdə əmlak davası

Bundan başqa, Nüşabə Baxışova ailə məsələləri problemlərinin həll edilməsi adı ilə Afət Cəfərovaya qarşı dələduzluq edib. Afət Cəfərova əri Ələddin İbrahimovun əvvəlki arvadı ilə Beyləqan rayonu, Üzümçülük kəndində olan əmlakla bağlı birinci instansiya məhkəməsinin qərarının ləğv etdirilməsinə köməklik göstərməsi üçün 7 aprel 2014-cü il tarixdə Nüşabə Baxşovaya müraciət edib.

Nüşabə Baxşova Afət Cəfərovaya özünü vəkil kimi təqdim edib, məhkəmə qərarından şikayət verərək birinci instansiya məhkəməsinin qərarının ləğv etdirəcəyinə yalandan vəd verib.

Nüşabə Baxışova Afət Cəfərovaya məsələnin həll edilməsi üçün özü Beyləqan rayonuna gedib, onların yaşadığı qəsəbə icra nümayəndəliyindən ərinə məxsus sənədləri götürərək məhkəməyə təqdim edəcəyini, bir ay ərzində işin həll olunacağına söz verib.

Bundan ötrü Nüşabə Baxışova zərərçəkmişdən 2000 manat tələb edib. Afət Cəfərova o qədər pulu olmadığını bildirib və sonda 1000 manat verə bilcəyinə dair razılaşıblar. Sonra Afət Cəfərova hissə-hissə olmaqla Nüşabə Baxışovaya ümumilikdə 1000 manat verib.

Daha sonra Nüşabə Baxışova evinin təmirini keyfiyyətsiz aparmaqla işi yarımçıq qoymuş ustalara qarşı mülki iddia qaldırmış Rəsmiyyə Məmmədovaya qarşı dələduzluq edib.

Məhkəmə qətnaməsinin ləğvi planı

Nüşabə Baxışova ustalar tərəfindən vurulan ziyanın ödənilməsi barədə verdikləri iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verilməklə, qətnamənin ləğv etdirilməsinə köməklik göstərəcəyinə vəd verib. Bunun üçün Rəsmiyyə Məmmədovadan 4200 manat alaraq dələduzluq edib.

Nüşabə Baxışova Sumqayıt şəhəri H.Z.Tağyev qəsəbəsində adına torpaq sahəsi olmadığına baxmayaraq, tanışı Arzu Qocayevaya həmin qəsəbədə 7,5 ha torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin hər sotunu 850 manata satması barədə yalan məlumat verib.

Arzu Qocayeva həmin məlumatı gerçək kimi qəbul edərək torpaq sahəsini almaq və pulunun 3000 manatını əvvəlcədən Nüşabə Baxışovaya verib, qalanını isə bankdan kredit götürərək hissə-hissə ödəmək imkanına malik olduğunu ona deyib. O, Arzu Qocayevanın bu təklifini qəbul edib və ondan 3000 manatı alıb.

Yalan vəd və 9 minlik dələduzluq

Bundan başqa, Nüşabə Baxışova “Kimya” zavodunda işlədiyinə görə əlavə təqaüd verilməsinin həll edilməsinə köməklik göstərmək üçün ona müraciət etmiş Tacir İspatova qarşı dələduzluq edib. O, Tacir İspatova özünü vəkil kimi təqdim edərək ayda 500-700 manata qədər təqaüd verdirəcəyinə və almadığı illər üçün yenidən hesablatdıracağına, ilkin olaraq 35700 manatadək pul ödətdirəcəyinə dair yalan vədlər verib. Ondan hissə-hissə olmaqla ümumilikdə 9000 manat alıb.

Daha sonra Nüşabə Baxışova Sumqayıt şəhərinin 49-cu məhəllə ərazisində olan 1,5 ha torpaq sahəsini sənədləşdirib və sonradan özəlləşdirilməsinə köməklik göstərilməsi üçün ona müraciət etmiş İntiqam Şıxməmmədovdan 2000 manat, qardaşı Füzulinin ata evinə qeydiyyata alınması və ata evinin qardaşı ilə anası arasında bölüşdürülməsi məsələnin həll edilməsi ilə əlaqədar ona müraciət etmiş Şahnax Xəlilovadan 7050 manat, işə bərpa olunmasına köməklik göstərilməsindən ötrü ona müraciət etmiş Nüşabə Mikayılovadan 1000 manat, yaşadığı mənzilə mülkiyyət hüququnun tanınmasına köməklik göstərmək üçün ona müraciət etmiş Sara Məmmədovadan 670 manat, əri ilə boşandıqdan sonra birgə yaşadıqları evi satdıraraq özünə ev alınmasında köməklik göstərmək üçün ona müraciət etmiş Rəhilə Rzayevadan 2000 manat alaraq, dələduzluq cinayətləri törədib.

İstintaq orqanı tərəfindən Nüşabə Baxışovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cəza 9 ildən 5 ilə endirildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nüşabə Baxışova 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Nüşabə Baxışovanın ittiham olunduğu Cinayət Məcəlləsinin 1787.3.2-ci maddəsi həmin məcəllənin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələrinə tövsif edilib.

Məhkəmə onun barəsində olan 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 5 ilə endirilməsi barədə qərar çıxarıb.

Bu qərardan narazı qalan təqsirləndirilən şəxs bəraət alması məqsədilə kasasiya şikayəti verib. Həmçinin zərərçəkmişlərdə kasasiya şikayəti, prokuror isə kasasiya protesti verib. Zərərçəkmişlər və prokuror Nüşabə Baxışovanın cəzasının ağırlaşdırılmasını istəyiblər.

Tərəflərin şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əziz Seyidovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib və iş yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm