Prokuror Mehmandarovun nəvəsinə qarşı dələduzluq edən şəxsə iş istədi
Bizi izləyin

Hadisə

Prokuror Mehmandarovun nəvəsinə qarşı dələduzluq edən şəxsə iş istədi

Bakıda general Səmədbəy Mehmandarovun nəvəsinə qarşı dələduzluqluqda təqsirli bilinən Zaur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Zaur Əsgərovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra çıxış edən zərərçəkmiş Aygün Mehmandarlı çıxış edib. Zərərçəkmiş ona dəyən ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib.

Növbəti proses aprelin 9-da davam edəcək.

İttihama görə, Zaur Əsgərov general Səməd bəy Mehmandarovun nəticəsi Aygün Mehmandarlıya qarşı dələduzluq edib. O, qızıl ticarəti adı altında 12 min manat məbləğində pul alıb və sonrada dələduzluq yolu ilə ələ keçirib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm