İnternet televiziyasının rəhbəri həbsdən çıxdı - QƏRAR
Bizi izləyin

Hadisə

İnternet televiziyasının rəhbəri həbsdən çıxdı - QƏRAR

Kanal 13 internet televiziyasının direktoru Əziz Orucov həbsdən azad edilib.

Publika.az xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada qərar qəbul edilib.

Qərara görə, Əziz Orucovun vəkillərinin verdiyi kasasiya şikayəti üzrə hökm dəyişdirilib. Onun barəsində Cinayət Məcəlləsinin 192-ci maddəsinə xitam verilib. Məhkəmə bu epizod üzrə onun günahız olması nəticəsinə gəlib. Digər maddələr üzrə ona şərti cəza verilib.

Qeyd edək ki, Əziz Orucov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Əziz Orucovun apelyasiya şikayəti təmin edilməyib.

Əziz Orucov Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur. Ötən il iyulun 1-də onun barəsində cinayət işi başlanıb. İşi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsi araşdırıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm