Göygöldə 73 kiloqram partlayıcı maddə tapıldı - FOTOLAR
Bizi izləyin

Hadisə

Göygöldə 73 kiloqram partlayıcı maddə tapıldı - FOTOLAR

Göygöl rayonunda 73 kiloqram partlayıcı maddə tapılıb.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, aprelin 5-də saat 12:04-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Göygölrayonu, Mollacəlilli kəndi ərazisində partlayıcı maddənin tapılması barədə məlumat daxil olub.



Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 34 polietilen və 3 karton bağlamada ümumi çəkisi 73 kq (TNT ekvivalenti 75.19 kq) olan partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.



Aşkar olunmuş partlayıcı maddənin ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm