Mingəçevirdə qəza - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Mingəçevirdə qəza - Xəsarət alan var

Mingəçevirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb.

Küçədə hərəkətdə olan "Mercedes" və BMW markalı avtomobillər toqquşub. Toqquşma zamanı BMW-də olan sərnişin, 1996-cı il təvəllüdlü Həmidova Pərvanə Azər qızı xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm