Sumqayıtda 17 yaşlı qızı maşın vurdu
Bizi izləyin

Hadisə

Sumqayıtda 17 yaşlı qızı maşın vurdu

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Sumqayıt şəhər 3-cü mikrorayon sakini Umudova Yeganə Amid qızı Sülh küçəsində yolu keçərkən "Opel" markalı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, 17 yaşlı Yeganə Umudovanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm