Gədəbəydə iki avtomobil toqquşdu - Sürücülər...
Bizi izləyin

Hadisə

Gədəbəydə iki avtomobil toqquşdu - Sürücülər...

Gədəbəydə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Gədəbəy şəhərində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21015” və “Toyota Prado” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, Arıqdam kənd sakini 1985-ci il təvəllüdlü İskəndərov Elçin İskəndər oğlu və “Prado”nun sürücüsü 1955-ci il təvəllüdlü Sadıqov Akif Nəbi oğlu müxtəlif bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. E. İskəndərovun vəziyyətin orta ağır, A. Sadiqovun vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm