• USD 1,7000 0,00% EUR 2,0077 +0,03%
    • GBP 2,3515 +0,18% RUB 0,0235 +0,85%

Kanalda batan şəxslərin meyitləri tapıldı - YENİLƏNİB

  • Hadisə
  • 8 Aprel 2018 19:00
  • 889 Baxış
Kanalda batan şəxslərin meyitləri tapıldı - YENİLƏNİB

Quba rayonunda kanalda batdığı ehtimal olunan şəxslərin meyiti tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Gədikqışlaq kəndi ərazisində Samur-Abşeron su kanalında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb. 1962-ci il təvəllüdlü Mehrəliyev Vidadi Südayif oğlu və 1966-cı il Seyfulov Səhrab Dilovar oğlunun cəsədləri dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Qubanın Gədikqışlaq kəndindən keçən Samur-Abşeron su kanalında batmış iki nəfərdən birinin meyiti xilasedicilər tərəfindən çıxarılıb.

Publika.az report.az-a istinadən bildirir ki, meyiti çıxarılan şəxs rayonun Gədikqışlaq kənd sakini Vidadi Mehrəliyevdir.

Səhrab Seyfulovun meyitinin kanalın dibindən çıxarılması istiqamətində iş aparılır.

***

Quba rayonu ərazisində iki nəfər su kanalında batıb.

Publika.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Gədikqışlaq kəndində 2 nəfərin Samur-Abşeron su kanalında batdığı ehtimal edilir.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edək ki, Report kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab Seyfulovun su kanalına düşən buzovu çıxartmaq istəyərkən boğulduqlarını bildirib. Hazırda əraziyə Quba rayon Polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri cəlb olunub. Hadisə yerinə qaldırıcı kran gətirilib. İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib. Hazırda onları suyun üzərinə çıxartmaq mümkün olmadığından, kanalda suyun səviyyəsinin azaldılması planlaşdırılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR