Zərdabda "FORD" və "Mercedes" toqquşdu: 4 yaralı
Bizi izləyin

Hadisə

Zərdabda "FORD" və "Mercedes" toqquşdu: 4 yaralı

Zərdabda 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün günorta saatlarında Zərdab-Mollakənd yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.

Şahin Şirvan oğlu Cəfərovun idarə etdiyi "FORD" markalı maşınla İbrahim Rafiq oğlu İsayevin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və "Mercedes" markalı avtomobilin sərnişinləri - Vahid Əlağa oğlu Həsənov və onun həyat yoldaşı xəsarət alıblar.

Ş. Cəfərovun xəsarətləri ağır olduğundan o, müalicə məqsədi ilə paytaxta aparılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm