Oğul atasını və qardaşını döydü - SUMQAYITDA - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Oğul atasını və qardaşını döydü - SUMQAYITDA - (YENİLƏNDİ)

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasından Publika.az-a verilən məlumata görə, bu gün səhər saatlarında gətirilən xəstələr müalicədən imtina ediblər: "Hadisənin nə zaman olduğunu bilmirik, amma xəstələr bu gün səhər saatlarında gətiriliblər. Döyülmə nəticəsində ağır xəsarətlər alıblar. İmran Şərifova qapalı kəllə-beyin travması diaqnozu qoyuldu. Vəziyyəti o qədər də yaxşı olmayıb. Şərif Şərifov isə yumuşaq toxumaların əziyi və üzün, xüsusilə burun nahiyəsinin sıyrılmış yaraları diaqnozu qoyulub. Xəstələr müalicədən imtina etdiyindən, xəstəxanadan çıxıblar".

***

Sumqayıtda döyülmə hadisəsi baş verib.

Hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Şərifov İmran Şərif oğlu və atası, 1947-ci il təvəllüdlü Şərifov Şərif Bəhram oğlu ailə münaqişəsi zəminində 1970-ci il təvəllüdlü Şərifov Kənan Şərif oğlu tərəfindən döyülüblər. Qeyd edək ki, K. Şərifov ailənin digər övladıdır.

Yaralıların sözlərinə görə, K. Şərifov atasına və qardaşına güldan və bellə ağır xəsarətlər yetirib. Hər iki yaralı dərhal Sumqayıt şəhər TTYX-a çatdırılıb. Əməliyyat olunan ata və oğulun vəziyyəti ağırdır.

Hadisədən sonra K. Şərifov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (report)

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm