Bakıda GÖRÜNMƏMİŞ OĞURLUQ: Əlehqazda gəlib bankomatı yardılar
Bizi izləyin

Hadisə

Bakıda GÖRÜNMƏMİŞ OĞURLUQ: Əlehqazda gəlib bankomatı yardılar

Bakıda bu günə qədər görünməmiş oğurluq baş verib.

Şəhərin tən ortasında, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin yerləşdiyi ərazidə inanılmaz olay qeydə alınıb.

Günün günorta çağı üzlərinə əlehqaz taxmış iki nəfər Vergilər Nazirliyi yaxınlığındakı Kapital Bankın bankomatına yaxınlaşıblar. Həmin vaxt şübhəliləri görən kassir onlara yaxınlaşıb, nə iş gördüklərini soruşub. Onlar da soyuqqanlılıqla cavab veriblər ki, ''sanepidemstansiya''dan gəlmişik, buraları dərmanlayırıq.

Bundan sonra iki şəxs bankomatın yerləşdiyi köşkü açaraq içəri daxil olublar. Laqonda ilə bankomatı kəsərək içərisindəki 174 min dollar pulu oğurlayıblar.

Yasamal rayon Polis İdarəsindən faktı təsdiq etsələr də, əlavə məlumat vermədilər.

Oğurluq olan bankomat bankın öz mühafizəçiləri tərəfindən qorunurmuş. Hazırda hüquq-mühafizə orqanı əməkdaşları əməliyyat-istintaq tədbiri həyata keçirir. (criminal.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm