Sumqayıtda öldürülən şəxs süpürgəçi deyilmiş - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Sumqayıtda öldürülən şəxs süpürgəçi deyilmiş - YENİLƏNDİ

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması hadisəsi barədə açıqlama verib.

DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, Sumqayıt Yaşıllaşdırma idarəsinin işçisi, şəhər sakini Vidadi Rəsulov Koroğlu küçəsində yolu piyadalar üçün müəyyən olunmamış yerdən keçərkən Tariyel Xəlilovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə vurulub. V.Rəsulov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıt Yol Polisi İdarəsindən Publika.az-a verilən məlumata görə, bu gün səhər saatlarında şəhərin Koroğlu küçəsində avtomobilin vurması nəticəsində dünyasını dəyişən şəxs süpürgəçi olmayıb:

"Bu gün səhər saatlarında şəhər sakini yolun piyadalar üçün müəyyən olunmamış hissəsindən yolu keçərkən həyatını itirib. Piyadanı maşın vurub və o, aldığı zərbədən hadisə yerində dünyasını dəyişib"

Sumqayıt "morq"undan isə bildirdilər ki, hələlik ölənin kimliyi barədə heç bir məlumat yoxdur.

***

Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Məhəmməd Məmmədov Publika.az-a bildirib ki, hadisə nəticəsində dünyasını dəyişən şəxs onların işçisi olmayıb:

"Hadisənin baş verdiyini sizdən eşidirəm. Bu barədə məlumatım yoxdur. Əgər baş veribsə, bizim işçilərdən ölən olmayıb. Əminliklə deyə bilərəm ki, bizim işçilər arasında ölən olmayıb".

***

Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb.

Hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (report)

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm