Gəncədə QƏZA: 2 maşın toqquşdu
Bizi izləyin

Hadisə

Gəncədə QƏZA: 2 maşın toqquşdu

Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Şəhərin Şah İsmayıl Xətai prospektində "Mercedes" markalı avtomobillə "Hyundai"ın toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Samux rayon sakini Musa Ömürov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm