Qumar üstündə DƏHŞƏTLİ CİNAYƏT: Uşaqlıq dostunu sevgilisinin evində öldürdü
Bizi izləyin

Hadisə

Qumar üstündə DƏHŞƏTLİ CİNAYƏT: Uşaqlıq dostunu sevgilisinin evində öldürdü

Quba rayonunda uşaqlıq dostunu qətlə yetirməkdə ittiham olunan Eşqin Rəsulov və ona bu qətli törətməkdə kömək edən Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, qətl hadisəsi ötən ilin noyabrında Quba rayonu Alpan kəndində baş verib. Eşqin Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi yaşadığı Ramella Əlmuradovanın evinə çağırıb.

Onlar birlikdə spirtli içki içiblər. Daha sonra dostlar qumar oynamağa başlayıblar. Qumar zamanı Anar Balayev Eşqin Rəsulovu təhqir edib. Bu zaman Eşqin Rəsulov Anar Balayevi yerə yıxaraq ona yumruq, təpik zərbələri vurmağa başlayıb. Ciddi müqavimət görən Eşqin Rəsulov Ramelladan dostunun əl qolunu bağlamaq üçün ip istəyib.

Ramella Əlmuradova da ipi gətirərək Anar Balayevin əl-qolunu bağlayıb. Daha sonra Eşqin Rəsulov köməksiz vəziyyətdə qalan Anar Balayevə yumruq-təpik vuraraq onu öldürüb.

Eşqin Rəsulov ilkin ifadəsində bildirib ki, Anar Balayevi onun sevgilisini zorlamaq istədiyi üçün qətlə yetirib.

Amma istintaq zamanı aparılan araşdırmalar zamanı qətlin namus üstündə yox, qumar üstündə baş verdiyi müəyyən edilib.

Hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Növbəti proses aprelin 18-də davam edəcək.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm