Hadisə
Gömrükdə külli miqdarda bəyan olunmamış mallar aşkarlandı - - FOTO/VİDEO
Dövlət Gömrük Komitəsi əməkdaşlarının apardığı risk təhlilləri nəticəsində külli miqdarda bəyan olunmamış malların sərbəst dövriyyəyə buraxılmasının qarşısı alınıb. Məlum olduğu kimi, risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək zərərin qiymətləndirilməsi, eləcə də riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə Dövlət Gömrük Komitəsində yaradılmış xüsusi risk qrupu tərəfindən müvafiq təhlillər aparılır.
Komitədən Publika.az-a verilən məlumata görə, daha bir təhlilin nəticəsi olaraq "Repro-Servis" MMC-nin elektron bəyannamə əsasında sərbəst dövriyyəyə buraxılması nəzərdə tutulan malların invoys və digər müşayiətedici sənədlərindəki məlumatlarda yüksək riskli göstəricilər müəyyən edilib və mallara fiziki baxışın keçirilməsi qərara alınıb.
Beləliklə, adı çəkilən hüquqi şəxs tərəfindən külli miqdarda bəyan olunmamış mallar - 221 dəst uşaq paltarı, 420 ədəd dəri kəmərlər, 238 ədəd qadın çantası, nəqliyyat vasitələri üçün ümumi çəkisi 429 kq olan ehtiyat hissələr, istilik sistemləri üçün 952 kq fitinq və 2160 kq ventillər, 204 ədəd su kranı aşkarlanıb.
Bundan başqa, bəyan olunan mallar sırasında süni dəri nümunəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsində tədqiqi nəticəsində həmin malın 4041 kq rənglənmiş təbii dəri olduğu müəyyən edilib. Bununla da aşkarlanan malların statistik dəyəri xeyli miqdarda azaldılıb.
Faktla bağlı araşdırma aparılır.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO