Bulvarda dənizdən meyit tapıldı
Bizi izləyin

Hadisə

Bulvarda dənizdən meyit tapıldı

Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə naməlum kişi cəsədi aşkar edilib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm