Azərbaycana satmaq üçün 40 min dollarlıq narkotik gətirən şəxs saxlanıldı - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycana satmaq üçün 40 min dollarlıq narkotik gətirən şəxs saxlanıldı - FOTO

Azərbaycana satmaq üçün 40000 ABŞ dolları dəyərində 18 kiloqramdan artıq narkotik vasitə olan tiryək gətirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında Biləsuvar rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində Şirvan şəhər sakini Xəyal Dəmirov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 18 kiloqram 120 qram çəkidə narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində X.Dəmirovla aparılan sorğu zamanı müəyyən edilib ki, o təxminən bir ay əvvəl “Odnoklassniki.ru” sosial şəbəkəsində özünü “Səxavət” kimi təqdim edən İran vətəndaşı ilə tanış olub. Daha sonra həmin şəxs X.Dəmirova istintaqa məlum olmayan şəxslər vasitəsilə Azərbaycana ərazisinə külli miqdarda tiryək göndərəcəyini və narkotik vasitəni götürərək satışının təşkil olunmasında ondan köməklik istəyib.

Razılıq əldə olunandan sonra aprelin 9-da “Səxavət” adlı şəxs X.Dəmirovla əlaqə saxlayaraq narkotik vasitənin Ələt-Astara magistral yolunun sağında əvvəlcədən müəyyənləşdirdikləri yerdə gizlədildiyini bildirib. İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxs tiryəki 40000 ABŞ dollarına satıb pulunu hissə-hissə “Səxavət” adlı şəxsə göndərməli imiş.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm