Hadisə
Azərbaycanda Şri Lanka vətəndaşları saxlanıldı
Dövlət Miqrasiya Xidmətinin Dövlət Sərhəd Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 5 nəfər Şri Lanka vətəndaşı saxlanılıb.
DMX-dən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı Şri Lanka vətəndaşlarının Azərbaycan-İran-Türkiyə marşrutundan istifadə etməklə qanunsuz yollarla Avropaya getmək üçün Azərbaycana gəldikləri müəyyən edilib. Belə ki, qeyd olunan şəxslərin Avropaya aparılmasının Fransada yaşayan Sangal, Türkiyədə yaşayan Usmandar, İranda yaşayan Zəki adlı şəxslərdən ibarət beynəlxalq dəstə tərəfindən təşkil edildiyi məlum olub. Bu məqsədlə dəstə üzvlərindən Zəkinin müraciəti əsasında Azərbaycan vətəndaşı İltimas Əliyev Şri Lanka vətəndaşlarını əvvəlcə Bakı şəhərində yerləşdirib. Sonradan Zəkinin sifarişi ilə əcnəbilər dövlət sərhəddindən qanunsuz olaraq keçirilmək məqsədilə Yardımlı rayonu istiqamətində aparılarkən saxlanılıb.
Keçirilmiş birgə araşdırma tərdbirləri nəticəsində qeyd olunan qanunsuz miqrasiya kanalının təşkilatçıları ifşa edilib.
Saxlanılmış əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi