Fəhlə işlədiyi evdən oğurluq edərkən tutuldu - FOTO
Bizi izləyin

Hadisə

Fəhlə işlədiyi evdən oğurluq edərkən tutuldu - FOTO

Tərtər rayonunda oğurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Tərtər rayon Hüləbətli kənd sakini Rübabə Cəlilova rayon Polis şöbəsinə müraciət edərək evindən ümumi dəyəri 3 min manat olan qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Bununla əlaqədar Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. Aparılan axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalar zamanı onun ev sahibinin həmkəndlisi Yusif Əsgərov olduğu məlum olub. Dindirilmə zamanı o, oğurladığı qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını etiraf edib. Y.Əsgərov oğurluğu evdə fəhlə kimi işlədiyi zaman etdiyini bildirib.

Faktla bağlı Tərtər RPŞ-nin İstintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm