Lənkəranda qadın qadını qətlə yetirdi
Bizi izləyin

Hadisə

Lənkəranda qadın qadını qətlə yetirdi

Lənkəran sakini qətlə yetirilib.

Hadisə Lənkəran şəhərinin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb. Lənkəran sakini, 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənova həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Nəhmət oğlu Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən odun parçası ilə vurularaq qətlə yetirilib.

Hadisəni törədən G. Salayeva artıq polis tərəfindən saxlanılıb.

S. Həsənovanın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, S. Həsənova və G. Salayevanın hər birinin iki övladı var. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm