Goranboyda avtomobillə traktor toqquşdu - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Goranboyda avtomobillə traktor toqquşdu - Xəsarət alanlar var

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Qızılhacılı-Goran avtomobil yolunun Məşədiqaralar kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Əliyev Əfqan və 1990-cı il təvəllüdlü Mehdiyeva Lalə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm