Yevlaxda "Ford Transit" yük maşınına çırpıldı - Ölən və yaralananlar var
Bizi izləyin

Hadisə

Yevlaxda "Ford Transit" yük maşınına çırpıldı - Ölən və yaralananlar var

Yevlax rayonunda ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində "Ford Transit" markalı "01-BM-681" dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq "Kamaz" markalı "09-BC-050" dövlət qeydiyyat nişanlı yük maşınına çırpılıb.

Nəticədə bir nəfər xəstəxanaya aparılarkən yolda ölüb, daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir. Hadisə zamanı zərərçəkənlərin hamısı "Ford Transit"də olublar.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm