Bakıda gənclər arasında qanlı dava – Təfərrüat
Bizi izləyin

Hadisə

Bakıda gənclər arasında qanlı dava – Təfərrüat

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Gülçülük sovxozu küçəsində 1992-ci il təvəllüdlü Bəhruz Məmmədov naməlum şəxslə mübahisə edib.

Həmyaşıdı ilə mübahisə medən Bəhruz Məmmədov bıçaq xəsarəti alıb.

Yaralı ağırvəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilasetmək mümkün olub.

Bəhruz Məmmədovun ürək nahiyəsindən xəsarət aldığı məlum olub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, Bəhruz Məmmədov tanımadığı şəxslə qız üstündə yaranan mübahisə zamanı dava edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq gedir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm