Hadisə
Rusiyada polisin axtardığı şəxs Azərbaycanda tutuldu
Respublikanın daxili işlər orqanları aprelin 16-da həyata keçirilən tədbirlər nəticəsində 4 kiloqramdan çox narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Cabbarovdan çəkisi 1 kiloqramdan artıq heroin götürülüb.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Rusiya Federasiyasının vətəndaşı Bəhruz Cəfərovdan şəxsi axtarış zamanı 4,3 qram tiryək və 0,7 qram heroin aşkar edilib. Tədbirlərin davamı olaraq onun Şahağacı kəndində yaşadığı evindən isə əlavə olaraq 3 kiloqram 90 qram tiryək aşkar olunaraq götürülüb.
Araşdırmalar zamanı B.Cəfərov və arvadı Rühəngizin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə axtarışda olmaları da müəyyən edilib. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı araşdırmalar aparılır.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?