Hadisə
“Qadının yanına uzanıb 15 bıçaq vurdum” – Amansız qatilin ETİRAFLARI - – VİDEO
Aprelin əvvəlində Beyləqanda törədilən qətl hadisəsinin
üstü açılıb.
ARB TV xəbər verir ki, aprelin 3-də DİN-in “102 Zəng Mərkəzinə”
Beyləqan şəhərində yaşayan Ramilə Əsədovanın üzərində zorakılıq
əlamətləri olan meyitinin yaşadığı mənzildə tapılması barədə
məlumat daxil olub.
Məlumatla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi və prokurorluğunun
əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə
yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb, digər
təxirəsalınmaz prosessual hərəkətlər aparılıb. İsti izlərlə
keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində
cinayəti törətməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən
Nəsirov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini
etiraf edib.
Rövşən Nəsirov (saxlanılan şəxs): “Həmin qadınla
bir neçə dəfə əlaqəm olmuşdu. Tək qalırdı, evlərinə getdim.
Uzananda mən də uzandım. 10-15 bıçaq vurub, evi soymaq istədim. 30
manat və sepi götürdüm”.
Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə
onun törətdiyi digər ağır cinayətin də üstü açılıb. Belə ki,
istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Nəsirovun ötən il
oktyabr ayının 19-da həmyerlisi Kənan Məhərrəmovu Beyləqan
şəhərində yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə
təmiri başa çatmamış otaqda torpağa basdırması müəyyən edilib.
K.Məhərrəmovun meyiti basdırıldığı yerdən ekskumasiya edilib.
Rövşən Nəsirov (saxlanılan şəxs): “Uzanıb üstünə
boğazına 8-9 bıçaq zərbəsi endirdim. Yarımtikili evin içərisində
basdırdım”.
Faktlarla bağlı cinayət işi başlanılıb, iş üzrə zəruri
istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?