Erməni silahlı bölmələri Ağcabədi sakinini yaraladı
Bizi izləyin

Hadisə

Erməni silahlı bölmələri Ağcabədi sakinini yaraladı

Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti qənaətbəxşdir.

Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb. Düşmən hətta mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm