• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

Hacıqabulda AĞIR QƏZA: 30 tondan çox sement yola dağıldı - FOTOLAR

  • Hadisə
  • 19 Aprel 2018 11:04
  • 710 Baxış
Hacıqabulda AĞIR QƏZA: 30 tondan çox sement yola dağıldı - FOTOLAR

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtmobil yolunun 110-cu km-də, magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Azəravtoyol” ASC -dən Publika.az-a verilən məlumata görə, Hacıqabul şəhəri istiqamətdə hərəkətdə olan 99JF057 dövlət nömrə nişanlı “MAN” markalı yük maşınının sürücüsü naməlum səbəbdən idarəetməni itirib və yol ayrıcında quraşdırılmış metal təhlükəsizlik səddini dağıdaraq qarşı tərəfə çıxaraq aşıb.

Baş vermiş qəza nəticəsində yol ayrıcında quraşdırılmış 60 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər sıradan çıxıb. İlkin hesablamalara görə, yol təsərrüfatına 4 min manata yaxın ziyan dəyib.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Bakı-Qazax yolunda ağır tonnajlı yük avtomobili aşıb, 30 tondan çox sement kisəsi yola dağılıb

Apa xəbər verir ki, Qurbanov Rahib Ramiz oğlunun idarə etdiyi “Qlobal” MMC-yə məxsus “MAN” markalı yük treylerinin aşması nəticəsində yol infrastrukturuna ciddi ziyan dəyib. Yük avtomobilində olan 30 tondan çox sement yola dağılıb. Sürücü yüngül xəsarət alıb. Sükan arxasında yuxulayan sürücü dəmir sədləri qıraraq magistralın qarşı tərəfinə çıxıb və avtomobili aşırıb.

Faktla bağlı BDYPİ tətəfindən araşdırma aparılır.

Könül

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR