Cəlilabadda kütləvi dava: xəsarət alan var
Bizi izləyin

Hadisə

Cəlilabadda kütləvi dava: xəsarət alan var

Cəlilabad rayonunda kütləvi dava baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Suluçeşmə kəndində qeydə alınıb.

Belə ki, hələlik məlum olmayan səbəbdən baş verən dava zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Muradov Yusif Qeys oğlu xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib və ona ilkin tibbi yardım göstərilib.

Y. Muradovun dediyinə görə, onu tanıdığı şəxslər döyüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm